İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 28-də Nyu-Yorkda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə İran ilə “altılıq” dövlətləri arasında aparılan danışıqların nəticəsi olaraq imzalanacaq yekun müqavilənin detalları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra mətbuta açıqlama verən ABŞ dövlət katibi İran ilə müqavilənin imzalanacağını bilirib. C.Kerri bildirib ki, rəsmi Tehran ilə Vaşinqton arasında nüvə proqramına dair razılaşma əldə olunub və bu razılaşmanın yekununda imzalanacaq müqavilənin mətni üzərində iş aparılır. O deyib ki, ABŞ İrana söz verib və sözünün üstündə duraraq müqaviləni imzalayacaq.
M.C.Zərif qeyd edib ki, müqavilənin imzalanması ilə sanksiyalar dərhal aradan qaldırılmalıdır. Belə olarsa qarşılıqlı etimad artar və əməkdaşlıq davam edər.
Bu görüşdən sonra İran Prezidenti Həsən Ruhani ABŞ ilə anlaşmanın olacağı haqqında bəyanatla çıxış edib.