ABŞ senatı İranla nüvə proqramı üzrə hazırlanmaqda olan razılaşmanın beynəlxalq sənəd statusu almasını təmin edəcək düzəlişi rədd edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, düzəliş qəbul olunacağı təqdirdə İranla razılaşma səslərin üçdə ikisi ilə ratifikasiya edilməli idi. Səsvermənin gedişində 57 senator düzəlişə qarşı çıxış edib.
Konqresin Tehranla razılaşmanı nəzərdən keçirməsi qaydasını təmin edən qanun layihəsinin hazırlanması işi ilə respublikaçı Robert Corker məşğul olur.
Corkerin həmkarları düzəlişi ləğv etməkdən əlavə qanun layihəsinə bir sıra dəyişikliklər edilməsini təklif ediblər. Bura xüsusilə İrandan İsraili müstəqil dövlət kimi tanımağı tələb etmək daxildir.
“Altılıq” ölkələrinin vasitəçiləri isə sanksiyaların arada qaldırılması müqabilində İranın nüvə proqramının sülh xarakterli olacağına təminat əldə etmək məqsədilə Tehranla danışıqları davam etdirir.
Samir