29 Aprel 2015 10:45
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada hökumətin siqaret çəkilməsi ilə bağlı qəbul etdiyi qadağalara qarşı etiraz aksiyası keçirilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nümayişçilər Avstriya Parlamenti qarşısında toplaşaraq hökumətə qarşı etiraz ediblər. Siqaret qadağasına qarşı çıxanlar əsasən bar və restoran sahibləri olub.

Nümayişçilər üzərində "Siqaret qadağasına yox" "Mənim diktatora ehtiyacım yoxdur" və "Sizin üzünüzdən iflas olduq" sözləri yazılan plakatları qaldırıblar. Onlar hökumətdən müştərilərin seçimlərinə hörmətlə yanaşmağı tələb ediblər.

Aksiyada çıxış edən ifrat sağçı Avstriya Azadlıq Partiyasının sədri Haynts-Kristin Straç siqaret qadağasının hər bir obyekt sahibinin özünün qərar verəcəyi bir məsələ olduğu bildirib.

Qeyd edək ki, qəbul olunan qərara əsasən, bar və restoranlar da daxil olmaqla qapalı yerlərdə siqaret çəkmək qadağan olunub. Qanun layihəsinin 2018-ci ilin mayından tətbiqi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər