29 Aprel 2015 15:20
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ədliyyə Nazirliyi, müxalif lider Aleksey Navalnının Tərəqqi Partiyasının hüquqi qeydiyyatını ləğv edib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, nazirlik partiyanın regional təşkilatlarında qeydiyyat prosedurlarını lazımi vaxtlarda etmədiyini bildirib.

Navalnı isə verdiyi açıqlamada bu addımı yaradılacaq demokratik koalisiyaya qarşı reaksiya kimi qiymətləndirib.

Qeyd edək ki, ölkədə parlament seçkiləri 2016-cı ildə keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər