21 May 2014 13:46
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri və hökümət rəsmiləri Soma faciəsinin müzakirə edildiyi toplantıya qatılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan nazirlərlə 300-dən çox insanın dünyasının dəyişdiyi mədən faciəsinin səbəbləri və təhlükəsizlik tədbirlərinin müzakirə edildiyi iclas keçirib.

Toplantıda baş nazirin faciənin baş verdiyi gün hadisə yerinə getməyən əmək və sosial inkişaf naziri Faruk Çelikə əsəbiləşdiyi bildirilir. Xəstə olduğunu və səhhətinə görə Somaya gedə bilmədiyinin deyən nazirə Ərdoğandan cavab gəlib. "Niyə bunu ilk gün açıqlamadın?",- deyə nazirə sual verən Ərdoğan hər şeyin səhv başa düşüldüyünü deyib.

Ərdoğanın Əmək və sosial inkişaf naziri Faruk Çelikə bu cür reaksiyası isə nazirin istefa verəcəyi xəbərlərinin yayılmasına səbəb olub. Ancaq nazirin yaxın çevrəsinin verdiyi son məlumata görə, Faruk Çelik istefa verməyəcəyini və baş nazirlə aralarında heç bir problem olmadığını dilə gətirib.

Dəniz Əliyeva


Müəllif: