Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin vəzifəsindən getməsindən sonra Nazirlər Kabineti tam tərkibdə istefa verib.
Teleqraf.com newsgeorgia.com-a istinadən xəbər verir ki, Kipiani hazırki hökumətdən istefa verən yeddinci nazir olub. Gürcüstan Konsititusiyasına əsasən, isə hökumətdə təmsil olunan 21 nazirdən üçdə biri istefa verdiyi halda hökumət də istefaya getməlidir.
Qeyd edək ki, Kipiani idman işləri üzrə Komitənın rəhbərliyi tərəfindən ünvanına səsləndirilən ittihamlara etiraz əlaməti olaraq postundan gedib.
Samir