29 Aprel 2015 18:36
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 yaşlı yeniyetmənin anası Baltimorda Freddi Qreyin ölümündən sonra etiraz aksiyalarında iştirak etdiyinə görə oğlunu döyüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi, o, oğlunun növbəti F.Qrey olmamasını istəmədiyini deyib.

Ananın sözlərinə görə, Baltimordakı etirazlar F.Qreyin intiqamını almayacaq.

Baltimor polisinin komissarı Entoni Betts bildirib ki, etiraz aksiyalarında polisə daş və kərpic atanların əksəriyyəti məktəblilərdir.

Qeyd edək ki, 25 yaşlı afroamerikalı F.Qreyin polis tərəfindən saxlandıqdan sonra xəstəxanada ölməsi Baltimorda etiraz aksiyalarına səbəb olub.


Müəllif: