30 Aprel 2015 09:36
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-dən etibarən Şərqi tərəfdaşlığın altı ölkəsində (Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova) Şengen ölkələri sazişinin yeni Viza informasiya sistemi (VİS) fəaliyyətə başlayacaq.

Teleqraf.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. VİS-ə müvafiq olaraq Şengen vizası almaq üçün sənəd verənlər barmaq izləri və rəqəmsal şəkil təqdim etməlidirlər. Ərizəçilərin biometrik məlumatları VİS-də 59 ay müddətində saxlanılacaq və bu müddət ərzində viza üçün bütün müraciətlər zamanı istifadə ediləcək. Bu müddət bitdikdən sonra ərizəçi yeni biometrik məlumatları təqdim etməlidir.

Vizaya görə ilk müraciət zamanı ərizəçi barmaq izlərini təqdim etmək üçün konsulluğa şəxsən gəlməlidir. 12 yaşına qədər uşaqlar, barmaq izlərinin götürülməsi fiziki mümkün olmayan şəxslər, monarxlar, dövlət başçıları və onların həyat yoldaşları, diplomatik səfərlər zamanı rəsmi heyətlərin üzvləri barmaq izlərinin götürülməsindən azad edilirlər. 23 iyuna qədər verilmiş vizalar müddəti bitənə qədər qüvvədədir.


Müəllif:

Oxşar xəbərlər