Yəməndə ordu birləşmələri ilə Husi qiyamçıları və sabiq prezident Əli Abdullah Salihin tərəfdarları arasında Ədən şəhərində yerləşən aeroport ətrafında şiddətli döyüşlər qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüşlər zamanı 13 qiyamçı öldürülüb, 50-nin isə yaralandığı bildirilib. Aeroportun əksər hissəsi ordunun nəzarətinə keçib.
Öz növbəsində husilər Xur Məksər şəhərində yaşayış evlərinə od vurublar, həmçinin 11 mülki şəxsi onlara qarşı çıxmaqda ittiham edərək qətlə yetiriblər.
Digər tərəfdən koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr ölkənin bir neçə əyalətində husilərin mövqelərinə aviazərbələr endirib. Bombardman zamanı ölənlərin sayı barədə məlumat verilmir.
Samir