Əfqanıstan silahlı qüvvələri bütün ölkə boyu anti-terror əməliyyatlarına başlayıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstandan müdafiə nazirliyinin nümayəndəsi, general Zahir Əzim açıqlama verib. Onun sözlərinə görə, sutka boyu davam edən döyüşlərdə ən azı 130 terrorçu öldürülüb, 87-i isə yaralanıb. Əzim döyüşçülərin “Taliban” terror təşkilatına məxsus olduğunu açıqlayıb.
O qeyd edib ki, əməliyyat zamanı 6 əfqan əsgəri də yaralanıb.
Samir