Rusiya qazını Türkiyədən Avropaya daşıyacaq “Türk Axını” Boru xətti 2020-ci ildə tamamlanacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın “Qazprom” şirkətinin sədr müavini Aleksandr Medvedev açıqlayıb. Onun sözlərinə görə, göstərilən tarixdən etibarən qaz transferi başlıyacaq.
Qeyd edək ki, “Türk Axını” boru xətti 910 kilometr uzunluğunda olacaq, bunun 660 kilometri Rusiya, 250 kilometri isə Türkiyə torpaqlarından keçəcək. Layihə ilə Avropaya 63 milyard kubmetr qaz daşınacaq.
Samir