30 Aprel 2015 23:52
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qısqanclıq zəmnində dəhşətli cinayət baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Kəskin 22 yaşlı sevgilisinə ov tüfəngi ilə 3 güllə vurub.

Polisin məlumatına görə, İbrahim Kəskin ilə sevgilisi Əzimə Erdoğmuş maşında gedərkən mübahisə yaranıb. İbrahim Kəskin avtomobili saxlayıb. O, avtomobildən düşən kimi sevgilisi Əzimə Erdoğmuşu döyməyə başlayıb. Qadın əlindəki çanta ilə özünü qorumağa çalışıb. İbrahim Kəskin daha sonra maşından ov tüfəngini götürərək 2 dəfə atəş açıb. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra kişi yenidən geri qayıdaraq Erdoğmuşa daha bir atəş açıb.

İbrahim Keskin polisə verdiyi ifadəsində sevgilisinin "Sənin kişilik qürurunla oynayacam. Bütün dostlarınla birlikdə olub səni biabır edəcəyəm" dediyni bildirib. O, "silahın dolu olduğunu bilmədən tətiyi basdım. Peşmanam" deyərək özünü müdafiə edib.

Əzmə Erdoğmuşun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Kəskin isə həmin gün polis tərəfindən saxlanılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər