30 Aprel 2015 22:16
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Osmanlı ordusunda xidmət edən bir erməni həkim 1915-1916-cı illərdə zəhərli iynə ilə 40 türk əsgərini öldürüb.

Türkiyənin Sivas vilayətinin Hafiq bölgəsindəki Çinarlı kəndində yaşayan Əhməd Koca adlı 93 yaşlı türk vətəndaşı 16 yaşından bəri gündəlik yazır. O, uzun zaman bundan əvvəl gündəliyində qeyd etdiyi bir faktı bu günlərdə Anadolu Agentliyinin müxbiri ilə paylaşıb. Gündəlikdə yazılır: “1915-1916-cı illərdə Merzofondan Ərzuruma məzuniyyətə gələn bir əsgər kəndlilərinə danışıb ki, taborumuzda xəstələnən əsgərlər xəstəxanaya gedərkən sağ qayıtmırdılar. Bu vəziyyətdən şübhələnib xəstələri qəddarcasına öldürən erməni həkimi sorğu-suala çəkirlər. Törətdiyi cinayətləri etiraf edən cinayətkar erməni həkim deyir: mən çox əsgərinizi öldürmüşəm. Siz də mənə istədiyinizi edə bilərsiniz”.

Əhməd Koca bildirib ki, həmin əsgərlərin dəfn olunduqları yer el arasında “Qəriblər məzarlığı” adlanır. Görüşdə iştirak edən Çinarlının rəhbəri Adəm Özmən isə bildirib ki, sonrakı illərdə erməni həkimin 70 günahsız əsgəri öldürməsi təsdiqini tapıb.

Əslində erməni həkimin bu cinayəti barədə yayılan məlumat Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil. Çünki XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqının həyatında baş vermiş bütün qanlı hadisələrdə erməni cinayətlərinin izi var. Əgər dünyadakı ikili standartlar olmasaydı təkcə bu fakt uydurma “erməni soyqırımı” ilə maraqlananlar tərəfindən ciddi bir tarixi mənbə kimi araşdırıla bilərdi.


Müəllif:

Oxşar xəbərlər