İkinci tip şəkərli diabet artıq çəki və insulinin artması ilə xarakterizə olunan metabolik xəstəlikdir. Bu xəstəlik insanlarda bir qayda olaraq, 40 yaşdan sonra yaranır.
Böyük Britaniya alimləri ac qalmaqla şəkərli diabeti müalicə etməyin mümkünlüyü barədə maraqlı kəşf ediblər. Təkcə bir ay ərzində düzgün qidalanma qanda şəkərin miqdarını aşağı sala bilir.
Britaniya alimlərinin fikrincə, bu xəstəlikdən yaxa qurtarmaq üçün gün ərzində 800 Kkal-dən çox olmayaraq sağlam qida qəbul etmək lazımdır. Düzgün qidalanma nəticəsində orqanizm daxili orqanlarda toplanmış yağdan lazım olan enerjini götürməklə onları da yüngülləşdirir və normal işləməyə məcbur edir.
Həkimlər bildirirlər ki, hər şey dahiyanə və sadədir. Yağlı, unlu qidalardan, alkoqollu içkidən imtina etməklə, təkcə doyumlu səhər naharı və yüngül şam yeməyi ilə qanda şəkərin normal səviyyəsini saxlamaq mümkündür.