Avropa Parlamentinin deputatları rusiyalı jurnalistlərin Donbasda qətlində əlaqəli olmaqda şübhəli bilinərək Rusiya tərəfindən saxlanılan ukraynalı pilot Nadejda Savçenko ilə bağlı qətnamə qəbul ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəddə Savçenkonun dərhal və qeyd-şərtsiz azad olunması tələb edilir. Tələbin yerinə yetirilməyəcəyi təqdirdə Savçenkonun saxlanılması ilə əlaqəli şəxslər barəsində yeni sanksiyaların tətbiq olunacağı qeyd olunub.
Avropalı deputatlar ukraynalı pilotun qanunsuz saxlanıldığını qeyd edərək Fransa prezidenti və Almaniya kanslerini Rusiyaya bu məsələ ilə bağlı təzyiq etmələrini tələb ediblər.
Sanksiyaların xarakteri və mahiyyəti barədə məlumat verilmir.