1 May 2015 11:27
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mardin vilayətində suriyalı mühacirlərlə hərbçilər arasında qarşıdurma yaranıb, dörd hərbçi xəsarət alıb.

Trend-in “Milliyet”ə istinadən verdiyi məlumata görə, insident suriyalı qaçqınların Mardindəki düşərgəsində 66 nəfərin zəhərlənməsindən sonra baş verib. Bundan sonra düşərgədə iğtişaşlar başlayıb, türkiyəli hərbçilər asayişi təmin etmək üçün müdaxilə etməli olublar.

Nəticədə 17 suriyalı mühacir saxlanılıb.

Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi nəticəsində Türkiyə 1,6 milyon qaçqına sığınacaq verib.

Türkiyənin Fövqəladə Hallarla Mübarizə İdarəsinin (AFAD) məlumatına görə, Ankara suriyalı qaçqınların saxlanılmasına artıq 5,5 milyard dollardan çox vəsait xərcləyib.


Müəllif:

Oxşar xəbərlər