2014-cü ilin martın 12-də Çin zülmündən qaçan və Tailandda həbsdə olan Uyğur türkləri üçün ekstradisiya qərarı verilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ümumi sayı 297 olan türklərin Çinə ekstradisiyası onların ölüm hökmünün verilməsi anlamına gəlir. Buna səbəb Çin ölkədən qaçmağa çalışan uyğurların tutularaq, edam edilməsi göstərilir.
Uyğur türkləri şəraitlərinin yaxşılaşdırılması üçün hökumətdən yardım istəsə də, Tailand rəhbərliyi bununla bağlı heç bir müsbət addım atmayıb. Əskinə bir il müddətində acınacaqlı vəziyyətdə qalan türkləri Çinə ekstradisiya qərarı verilib.
Samir