1 May 2015 12:36
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Barselona şəhərində “IaaC“ memarlıq şirkətinin layihəsi əsasında “Smart City” (Ağıllı şəhər) pavilyonu inşa olunub.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, layihəyə əsasən pavilyonda Günəş enerjisindən səmərəli şəkildə istifadə olunacaq. Bu da pavilyonun enerjiyə tələbatını minimuma endirəcək. Bu səbəbdən evin fasadında günəş enerjisi modul komponentləri yerləşdiriləcək. Binanın forması da elə layihələndirilib ki, günəşdən daha çox enerji ala bilsin. Təbii enerjinin effektivliyini artırmaq məqsədilə pavilyonun damında quraşdırılan günəş panelləri müxtəlif bucaqlar altında yerləşdirilib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər