İsraildə hərbi hissəsədə növbəti təcavüz hadisəsi baş verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Hərbi Hava Qüvvlərində xidmət edən qadın əsgərə növbə ilə 4 əsgər təcavüz edib.
“Haaretz” qəzetinin internet saytında yayılan məlumata görə, hadisə İsrailin Hatzerim Hava Bazasında baş verib. Təcavüzə məruz qalan qadın əsgər komandirlərinin və ailəsinin dəstəyi ilə 4 əsgər barəsində Hərbi prokurorluğa şikayət edib.
İttiham olunan əsgərlərin vəkili isə qadının 4 əsgərdən ən azı biri ilə öz razılığıyla cinsi əlaqəyə girdiyini iddia edib.
Xatırladaq ki, son zamanlar İsrail ordusunda oxşar halların baş verməsində artım müşahidə olunur.
2014-cü ildə Hərbi Məhkəmənin baxdığı cinsi təcavüz cinayətlərinin sayı 125-ə çatıb. Bu isə 2013-cü illə müqayisədə 40% artım deməkdir.
Rüstəm