İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 11 əsgəri edam edib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, öldürülənlərin Yəmən ordusuna məxsus hərbçilər olduğu bildirilib.
Rəsmilər edamın Yəmənin cənubunda yerləşən Şabva əyalətində həyata keçirildiyini iddia ediblər.
Terrorçular yaydığı məlumatda əsgərlərin başı kəsilərək, öldürüldüyünü açıqlayıblar.
Samir