1 May 2015 19:24
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində qalib gələn Mustafa Akıncı rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkəyə beş il prezidentlik etmiş Dərviş Eroğlu vəzifəsini Mustafa Akıncıya təhvil verərək onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Sonra çıxış edən prezident Mustafa Akıncı xidmətləri üçün Eroğluya təşəkkür edib.

Akıncının andiçmə mərasimində Türkiyəni baş nazirin müavini Bülent Arınç təmsil edib. Akıncı mərasimdə çıxışı zamanı Türkiyəni də unutmayıb: “Biz Türkiyə ilə yaxın tərəfdaşıq. Kipr Türkiyənin və Türkiyə də Kiprin yanındadır”

Samir


Müəllif:

Oxşar xəbərlər