ABŞ-ın Baltimor şəhərinin baş prokurorunun sözlərinə görə, çox guman ki, Freddie Qreyin həbs edən polis zabitlərinə qarşı cinayət işi açılması üçün səbəblər var. O deyib ki, ştat tibbi ekspertizası Qreyin polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib.
Ştat prokuroru Marilin Mosbinin sözlərinə görə, aprelin 12-də hospitala aparılan zaman Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, onun təhlükəsizlik kəməri bağlanmayıb və hətta tibbi yardıma ehtiyacı olduğunu söyləməsinə baxmayaraq zabitlər onu heç bir kömək etməyib. Xanım Mosbi habelə deyib ki, 25 yaşlı Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir.
Polis zabitlərinə qarşı ittihamlara qeyri-iradi adam öldürmə, ikinci dərəcəli hücum, idarədə kobud rəftar və yanlış həbsetmə daxildir.
Prokurorun açıqlamasından əvvəl isə Baltimor rəsmiləri sakinləri prokurorlar qərar qəbul edənədək sakit və səbirli olmağa çağırmışdı.
Dünən polis ölümlə bağlı öz hesabatlarındakı açıqlamaları ştatın prokurorluğuna təqdim etmişdi. Daxil təhqiqatın nəticələri isə ictimaiyyətə açıqlanmamışdı. Ştat Tibbi Ekspertiza İdarə bildirib ki, onlar Freddie Qreyin autopsiya məlumatlarını da prokurorlara göndəriblər.