1 May 2015 22:45
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika parlamentinə "erməni soyqırımı”nın inkarı ilə bağlı cəza nəzərdə tutan qanun layihəsi daxil edilib.

ANS PRESS-in məlumatına görə, "Demokratik Federal-Frankofon"u fraksiyası sözügedən layihəni Belçika parlamentinin Nümayəndələr Palatasına müzakirəyə təklif edib.

Nümayəndələr Palatasının gündəliyinə daxil edilən sənədin mətni Belçikanın Fransız cəmiyyəti tərəfindən hazırlanıb. Ermənilər qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul olunması üçün canfəşanlıq edirlər.

Uydurma soyqırımı Avropaya tarixi həqiqət kimi sırımağa çalışan ermənilər şər-böhtan kampaniyaları aparmaqda davam edir.

Qeyd edək ki, qondarma erməni soyqırımı 1998-ci ildə Belçika parlamenti tərəfindən tanınıb. Belçika senatı Türkiyəni öz keçmişini tanımağa çağırıb.


Müəllif:

Oxşar xəbərlər