21 May 2014 16:52
829

Ermənistanın baş naziri, dövlət proqramını parlamentə təqdim edərkən Qarabağdan da danışıb.


Ermənistanın baş naziri Ovik Abramyan 2014-2017-ci illər üçün dövlət proqramını təqdim edib. Ölkəsinin əyər-əskikləri və gələcəkdə onların aradan qaldırılması üçün dövlət proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Çıxışı zamanı Vətəndaşlara firavan həyat vəd edən baş nazir, hazırda dövlətin gücsüzlüyünü etriaf edərək hər kəsi bir qədər səbirli olmağa çağırıb. O, bildirib ki, Ermənistan hökuməti minimal əməkhaqqını 45 min dramdan (109 dollar) 65 min drama qədər artırmaq niyyətindədir. Bu zaman “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Vaan Babayan onun sözünü kəsərək “sizcə bu bəs edərmi” ,deyə sual verib. Ovik Abramyanın cavabı isə belə olub.


“Cənab Babayan, bizim imkanlarımız bundan artığına çatmır. Əgər minimum əməkhaqqını 80, ya da 165 min etsək hər kəs bizi alqışlayar, amma hazırda buna gücümüz çatmır”.


Ermənistanın baş naziri, həmçinin Ermənistanla tanınmamış Qarabağ Respublikası arasında Gömrük İttifaqı çərçivəsində gömrük sərhədləri mövzusunu da şişirtməməyə çağırıb.


“Gömrük İttifaqına qoşulmaqla bağlı tərəfdaşlarımızla danışıqları davam etdiririk, bu məsələ dövlətin həm iqtisadi, həm də müdafiə maraqlarına əsaslanır. O ki qaldı Qarabağa, sizdən xahiş edirəm ki, bu mövzuda az danışın. İstəyirik ki, hər şey bizim arzuladığımız kimi olsun, lakin bu barədə nə qədər çox danışırıqsa, bir o qədər də geri gedirik”, - deyə Abranyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu üstüörtülü də olsa etiraf edib. Çünki, Ermənistan hökumətinin başçısı Azərbaycanın öz ərazisində kənar dövlətlərin gömrük sərhədi yaratmağa imkan verməyəcəyini dərk edir. Bununla yanaşı Abramyan Gömrük İttifaqına digər üzv ölkələrin də buna mane ola biəcəyini deyib.


Müəllif: