Nepal rəsmiləri keçən həftə baş vermiş zəlzələdən sonra dağıntılar altında sağ qalanların tapılacağına ümidlərin olmadığını bildiriblər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 6621 çatıb. Ölkənin daxili işlər naziri Laxmi Prasad Dhakal zəlzələdə 14021 insanın xəsarət aldığını açıqlayıb. Onun sözlərinə görə, ucqar ərazilərdə minlərlə insanın taleyi naməlum olaraq qalır.
Nazir xilasetmə işləri davam etdikcə, ölü sayının artacağını vurğulayıb.
Samir