3 May 2015 09:57
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Aralıq dənizində miqrantların xilası ilə bağlı qəbul etdiyi qərara əsasən Liviya sahillərində keşik çəkən Fransanın “Komandan Biro” gəmisi mayın 2-də 217 miqrantı xilas edib.

Bu haqda Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Afrika qitəsinin ayrı-ayrı ölkələrindən olan miqrantları gizli yolla Avropa sahillərinə çıxarmağa çalışan üç qayığın dənizdə qəzaya uğraması miqrantların həyatı üçün ciddi təhlükə yaradıb. Vaxtında hadisə yerinə gələn gəmi qayıqlardakı 217 nəfəri dərhal xilas etməyə müvəffəq olub. Müasir tibbi avadanlıqla təchiz olunan gəmidəki sanitralar və tibbi heyət xəsarət alanlara ilkin yardım göstəriblər və onlar İtaliya sahillərinə çıxarılıblar.

Miqrantları qeyri-qanuni yolla Avropa sahillərinə çıxarmağa çalışan qayıqların sahibləri həbs olunaraq İtaliya polisinə təhvil verilib./Azərtac/


Müəllif:

Oxşar xəbərlər