Fransada mayın 1-dən ara vermədən yağan güclü yağışlar ölkədə ciddi problemlər yaradıb. Savua və İzer regionlarında yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində bir çox yollarda avtomobillərin hərəkətinə qadağa qoyulub.
Ot Savua departamentində Arli çayının daşması nəticəsində ətrafdakı evlərin çoxunu su basıb. Yüzlərlə ailə təhlükəsiz yerlərə köçürülüb. Çayın sahilindəki ticarət mərkəzləri ciddi dağıntılara məruz qalıb.
Notr-Dam-de-Milyer yaşayış qəsəbəsinə daha çox ziyan dəyib. Yağışların əmələ gətirdiyi palçıq sürüşmələri onlarla maşını sıradan çıxarıb və bəzi yolları yararsız hala salıb.
Təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün yüzlərlə yanğınsöndürən səfərbərliyə alınıb.
Ölkənin hava məlumat idarəsi yağışların mayın 10-dək davam edəcəyi barədə əhalini xəbərdar edib./publika.az/