3 May 2015 22:52
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) İraq ofisinin rəhbəri Ammar Əl-Shahbander dünən Bağdadda törədilmiş partlayış nəticəsində dünyasını dəyişib.

APA-nın IWPR-ın saytına istinadən verdiyi məlumata görə, Əl-Shahbanderin ölümü ilə bağlı IWPR icraçı direktoru Anthony Borden açıqlama yayıb.

O bildirib ki, onun ölümü təşkilatı kədərləndirib: “O, yeni və sabitliyin olduğu İraq qurmağa yardım edirdi. O, yerli hökumət rəsmiləri, Qərb diplomatları və beynəlxalq mətbuat tərəfindən sevilən şəxs, vətəndaş cəmiyyətinin ən məlumatlı və yaradıcı üzvlərindən biri idi”.

Qeyd edək ki, 41 yaşlı Al-Shahbander 2005-ci ildən İraqda IWPR üçün çalışmağa başlayıb.

Xatırladaq ki, dünən Bağdadın mərkəzində törədilən iki güclü partlayış nəticəsində 17 nəfər ölüb. Partlayışlar 10 dəqiqə intervalla terrorçu-kamikadze tərəfindən minalanmış avtomobillər vasitəsilə törədilib. Məlumata görə, partlayışlar Karrada rayonunda müştərilərlə dolu kafelərin qarşısında törədilib.


Müəllif:

Oxşar xəbərlər