4 May 2015 13:31
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il öncə övladını zibil qutusuna atan, daha sonra həbs edilən ana psixi mualicə alması şərti ilə sərbəst buraxılıb. Peşman olduğunu deyən K.E övladından ayrılmaq istəmədiyin bildirib

Teleqraf.com "Milliyet" qəzetinə istinadən xəbər verir ki. hadisə Türkiyədə baş verib. Belə ki, 4 uşaq anası K.E. hər kəsdən gizlədiyi 5-ci uşağını hamamda dünyaya gətirib. Daha sonra isə yeni doğulmuş uşağın ağzını yapışqanlı lentlə bağlayaraq zibil qutusuna atıb. Ətrafdakı sakinlərin xəbərdarlığından sonra şəhər hüquq-mühafizə orqanları şübhəli şəxs qismində K.E.-ni həbs edib.

20 illik evli olan K.E. polisə verdiyi ilkin izahatında hamilə olduğunu 5-ci ayda öyrəndiyini deyib: "Maddi vəziyyətimiz yaxşı deyildi. Hamilə olduğumu həyat yoldaşıma demədim. Uşaq həddidən artıq böyük olduğuna görə abort etdirə bilmədim. Ərim əsəbləşər deyə hamiləliyimi ondan gizlətdim. Hamamda 15 dəqiqəyə uşağı dünyaya gətirdim. Göbəyini qayçı ilə kəsdikdən sonra sellofana qoydum. Ağlamasın deyə ağzını da bağladım. Zibil qutusuna qoyduqdan sonra marketə alış-verişə getdim. Peşman olub 2 saat sonra uşağı atdığım yerə getdim, amma orda yox idi. Hər gün vicdan əzabı çəkirəm. Qızım böyüdükdə məndən hər şeyin hesabını istəyəcək. Bu cəza mənə veriləcək cəzadan daha ağırdır. Hər şeyə rəğmən yoldaşım məni atmadı. Yenidən həbsə qayıdacağımdan qorxuram. Yalvarıram bizi ayırmasınlar".

Həyat yoldaşına qəzəbli olan ata isə özünü bağışlamadığını deyib: "Xanımımın hamilə olduğunu necə hiss etməmişəm, anlaya bilmirəm. Heç vaxt özümü bağışlamayacam. Mən onun çəki aldığını zənn edirdim. Hətta arıqlamaq üçün pəhriz çayları da almışdım. Həyat yoldaşım belə bir addım atacaq insan deyil. Psixoloji narahatçılıqlar buna səbəb olub".

Psixoloji müalicə alan K.E.-nın cinayəti ilə bağlı istintaq davam edir. Məhkəmə şübhəli şəxs haqqında həkim rəyini gözləyir. Daha sonra onun haqqında yekun qərar veriləcək. Faktla bağlı araşdırma davam edir.

Aysu Murad


Müəllif:

Oxşar xəbərlər