5 May 2015 23:41
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında nüvə müzakirələrinin yekun razılaşma üzərində danışıqlar Avstriyada davam edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, paytaxtı Vyanada baş tutacaq görüşlər mayın 12-də keçiriləcək. Bu arada İran xarici işlər nazirinin müavinləri Abbas Araqçi və Məcid Taxtrəvançi ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katib müavini Helqa Şmitin Nyu Yorkda davam edən danışıqları bu gün sona çatacaq. Görüşlər mayın 7-ə qədər texniki və hüquqi mütəxəssislər səviyyəsində davam edəcək.

Xatırladaq ki, tərəflərin aprelin 1-də əldə etdikləri razılaşmaya əsasən mətn 30 iyuna qədər imzalanmağa hazır olmalıdır.

Samir


Müəllif: