Avropa Günü və Macarıstanın Avropa İttifaqına daxil olmasının 11-ci ildönümü şərəfinə mayın 7-də Budapeştdə, Qəhrəmanlar meydanında festival keçiriləcək.
Festival həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Uşaqlara kukla tamaşaları göstəriləcək, müsabiqələr təşkil ediləcək. Böyüklər Avropa dəyərləri və Aİ haqqında disputlara qatıla bilərlər. Həmin disputlarda siyasətçilər və ictimai xadimlər iştirak edəcək. Axşam siyasətçilərin çıxışı, daha sonra böyük konsert gözlənilir.
Xatırladaq ki, Macarıstan 2004-cü il mayın 1-dən Avropa İttifaqının üzvüdür.