5 May 2015 20:26
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bostonda bazar ertəsi günü məhkəmədə Cövhər Tsarnayevin beş qohumu çıxış edib. Boston marafonunda bomba partlayışına görə keçirilən məhkəmə prosesində müttəhim Cövhər Tsarnayev onun qohumları şahid kimi çıxış edərkən ilk dəfə ağlayıb.

Tsarnayevin qohumları hakimlərdən onu edam etməməyi xahiş ediblər. Məhkəmə iclasında şahid qismində çıxış edən Tsarnayevin bibisi Patimat Süleymanova ağlaya-ağlaya hakimlərdən Cövhərə rəhm edilməsini xahiş edib.

Onu sakitləşdirmək üçün məhkəmə iclasında fasilə elan olunub. Bibisi danışarkən, Cövhər Tsarnayevin özü də emosiyalarını saxlaya bilməyərək ağlayıb.

21 yaşlı çeçen gənci Cövhər Tsarnayevin taleyi barədə son qərar hakimlər heyəti tərəfindən verilməlidir.
Tsarnayevin vəkilləri onun bomba partlayışında iştirakını etiraf edərək, hadisənin Cövhərin böyük qardaşı Tamerlan tərəfindən təşkil oldunduğunu vurğulayıblar.

Aprel ayında uzun çəkən müzakirələrdən sonra, hakimlər heyəti Çövhər Tsarnayevi ittihamnamənin bütün 30 maddəsi üzrə təqsirkar bilib. Boston məhkəmə binası qarşısında ölüm hökmü əleyhdarlarının aksiyası keçirilib.

Boston marafonunda 2013-cü ilin aprelində törədilmiş bomba partlayışı nəticəsində üç nəfər həlak olmuş, iki yüz altmış dörd nəfər yaralanmışdı.


Müəllif:

Oxşar xəbərlər