Ermənistan parlamenti Metsamor nüvə stansiyasının modernləşməsi ilə bağlı Rusiya ilə imzalanmış müqaviləni qəbul edib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, müqaviləyə əsasən Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Metsamor atom elektrik stansiyasını daha 10 il, yəni 2016-cı ilədək istifadə edəcək.
Rusiyanın “Rosatom” nüvə enerji şirkəti Ermənistan ilə stansiyanın təmir və avadanlıq mübadiləsini aparacaq.
Qeyd edək ki, 2016-cı ildə istifadəsi bitəcək stansiya Ermənistanın enerji ehtiyatının 40 faizini ödəyir.
Samir