6 May 2015 17:56
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) region üçün real təhlükədir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

O bildirib ki, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.

Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.


Müəllif:

Oxşar xəbərlər