İsrailin baş naziri Benyamin Netanyahu ölkədə koalisiya hökumətinin formalaşdırılması üçün keçirilən 11 saatlıq danışıqlardan sonra razılığa gəlib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, onun başçılıq etdiyi Likud partiyasının qələbəsindən yeddi həftə sonra əldə edilmiş razılıq hakimiyyətin formalaşdırılması üçün son gündə əldə edilib. Netanyahunun ehtiyacı olduğu 61 yeri əldə etmək üçün sağçı “Yəhudi Evi” partiyasının dəstəyinə ehtiyacı var idi.
İlk dəfə 1996-cı ildə baş nazir olmuş Netanyahu indi dördüncü dəfə hakimiyyətə gəlməyə hazırlaşır: “Mən əminəm ki, danışıqlar uzandığı üçün heç kim təəccüblənməyib”.
“Yəhudi Evi”nin lideri Naftali Bennett Fələstin dövlətinin qurulmasına qarşıdır. O, Qərb Sahili bölgəsində yerləşmiş israilli icmanın dəstəyini qazanıb və işğal edilmiş ərazinin bəzi hissələrinin ilhaqına çağırış edib.
Samir