Sirr saxlamaq sağlamlığa ziyan imiş.
Kolumbiyanın biznes-məktəbinin ekspertləri bu qənaətə gəliblər ki, gizlinləri və sirləri özündə saxlayıb heç kimə deməmək güclü emosional yük yaradır. Bu da fiziki sağlamlığa neqativ təsir göstərir.
Bəzən bu o dərəcədə ağır olur ki, onu real yüklə müqayisə etmək olar. Belə vəziyyət nəinki insanı depressiyaya sala bilər, hətta beyində problem yarada bilər.
İnsanın məhsuldarlığı azalır, motivasiya aşağı düşür və beyin damarları buna müxtəlif cür reaksiya verə bilər.
Alimlər bir neçə eksperiment aparıblar və effekti qiymətləndiriblər. Məlum olub ki, əgər insan sirr sağlamağa məcbur qalırsa, onun qabiliyyəti əzab çəkir.
Hər kəs qadınların qeybətcil olduğunu deyir, əslində isə kişilərə sirr saxlamaq çox çətindir. Güclü cinsin nümayəndələri bir qayda olaraq əldə etdikləri sirri 3 saat ərzində başqası ilə paylaşırlar, qadınlar isə sirləri daha uzun müddətə gizlətməyi bacarırlar.