ABŞ Senatı mütləq səs çoxluğu ilə İran əleyhinə qanun layihəsi qəbul edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, sənəd ABŞ Konqresinə nüvə proqramı ilə bağlı İranla bağlanacaq beynəlxalq anlaşma sənədini nəzərdən keçirmək və laızmdırsa, rədd eləmək hüququ verir.
Artıq sənəd baxılmaq üçün Nümayəndələr Palatasına göndərilib. Qanun layihəsi ilə əlaqədar yekun səsvermənin gələn həftə keçiriləcəyi gözlənilir.
Az öncə bəlli olub ki, İran və Avropa Birliyi rəsmiləri arasında Tehranın nüvə proqramına dair danışıqlar mayın 12-də Vyanada başlayacaq.