22 May 2014 10:33
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya perzidenti Valdimir Putin mayın 25-dı Ukraynada keçiriləcək prezident seçkilərin legitimliyini şübhə altına alır. Buna baxmayaraq, o, səsvermədə münasib şəraitin yaradılması üçün Rusiya öz hərbi qüvvələrini Ukrayna sərhədlərindən geri çəkir.


Vladimir Putin Ukrayna hökumətinin ölkənin şərqində rusiyameyilli separatçılara qarşı anti-terror əməliyyatları davam etdirməsi və regionda Rusiya mediası üçün çalışan jurnalistlərin saxlamasına işarə edərək bəyanat verib.

Bəyanatda deyilir: “Ukraynanın cənub-şərqində cəza tədbirlərinin davam etdirildiyi və mətbuatın işinə mane törədildiyi bir fonda hakimiyyətə gəlmiş insanlarla münasibətlərin qurulması çətin olacaq”.

Rusiya prezident bu açıqlamanı Çinə səfərinin sonuncu günü, Şanxayda jurnalistlərin qarşısında verib.

Putin mayın 18-də Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış Kremlə yaxınlığı ilə seçilən "LifeNews" internet portalının təmsilçiləri olan iki rus jurnalistə qarşı pis rəftar olunduğunu və bunun Ukraynada bütün siyasi proseslərin legitimliyini sual altına qoyduğunu deyib.

Ukrayna rəsmiləri Rusiya jurnalistlərinin maşınında zenit raket qurğularının aşkar edildiyini bildrib. Putin isə bu ittihamları cəfəngiyat adlandırıb.

Ülviyyə


Müəllif: