8 May 2015 11:01
2 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam dövləti” (İŞİD) terrorçu qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qondarma erməni soyqırımının tanınmasına qarşı apardığı mübarizəyə görə təşəkkür məktubu göndərib.


Modern.az-ın məlumatına görə, belə sensasion iddianı “Israeli Daily” nəşri irəli sürüb.

Məlumata görə İŞİD lideri Bağdadi Rəcəb Tayyib Ərdoğana müraciətində Türkiyənin xaçpərəstlərə qarşı mübarizədə cihadçılar üçün nümunə olduğunu bildirib.

Nə qədər qəribə və müəmmalı görünsə də, sözügedən media orqanı onu da yazıb ki, Türkiyə lideri guya televiziya kanallarının birinə verdiyi müsahibə zamanı İŞİD rəhbərinin məktubunu yüksək dəyərləndirib.

Lakin Türkiyə rəhbərinin Bağdadiyə təşəkkür etməsi ilə bağlı hər hansı məsələ informasiya məkanına daxil olmayıb. Ərdoğan belə bir açıqlama versəydi, ən azından Türkiyə mətbuatının əsas gündəm mövzularından birinə çevrilərdi.

Bu vaxta qədər yayılan informasiyalarda isə Bağdadinin Ərdoğana qarşı qatı düşmən mövqedə olması bildirilib.


Müəllif:

Oxşar xəbərlər