8 May 2015 14:27
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimalındakı Naltar şəhərində qəzaya uğrayan Pakistan ordusuna məxsus vertolyotda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməli idi.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb. O bildirib ki, sefirimiz son andakı dəyişikliklərə görə vertolyota minməyib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov sözügedən hadisə ilə bağlı Teleqraf.com-a açıqlamasında dedi ki, uçuşdan son anda imtina edib:

“Heydər Əliyev Fondunun xətti ilə Pakistanda Talassemiya Mərkəzinin tikintisinə maddi yardım etdiyimiz üçün Mərkəzin açılışına məni də dəvət etmişdilər. Səhər baş nazirin katibliyindən zəng vurub həmin tədbirə qatılmağımı xahiş etdilər. Mən də uçuşa bir saat qalmış Bəlucistana getməkdən imtina etmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, hadisə zamanı 2 pilot, Filippin və Norveçin İslamabad səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həyatını itirib. Polşa və Hollandiya səfirləri isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər