Roskosmos qəza ilə bağlı araşdırmanın nəticəsini mayın 13-dən gec olmayaraq təqdim edəcəyini bildirib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, "Tərəqqi М-27м" kosmik aparatı Sakit okeanı üzərində atmosferin sıx qatlarında yanıb.
Bu barədə Roskosmosun internet saytında məlumat verilib.
"Tərəqqi М-27м" kosmik aparatı 2015-ci il mayın 8-də saat 05.04-də fəaliyyətini dayandırıb.
Qeyd edək ki, "Tərəqqi М-27м" kosmik aparatı 28 apreldə Beynəlxalq Kosmik Stansiya ilə birləşmək üçün ortbitə buraxılmışdı.
Rüstəm