Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada Əsəd rejiminə qarşı vuruşanlara dəstək verəcəklər. Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" qəzeti yazıb. İddia olunur ki, iki ölkə arasında bununla bağlı razılaşma əldə olunub.
Anlaşma bu ilin mart ayında Ərdoğanın ər-Riyada səfəri zamanı əldə olunub. İki ölkənin birgə səyi nəticəsində İdlibdə özünümüdafiə qüvvələri yaradılıb. Bura əl-Nusra və Ahrar əl Şam cəbhələri daxildiri ki, onların hər ikisi Vaşinqton tərəfindən radikal qrup kimi qəbul olunur.
Onlar "Fəth Ordusu" adı altında İdlib və Cisr El Şükürü ələ keçiriblər.
Ayxan