8 May 2015 17:16
812

Böyük Britaniyada keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, seçkiləri hazırki baş nazir Devid Kemeronun rəhbərlik etdiyi Mühafizəkarlar partiyası qazanıb. Onlar parlamentdə 325 yer əldə edib.

Mühafizəkarların lideri Ed Milibəndin başçılıq etdiyi Leyboristlər partiyası isə 228 yerlə ikinci olub. Seçkilərin nəticələrinin elan olunmasından sonra Milibend vəzifəsindən istefa verdiyini açıqlayıb: “Mən Devid Kemerona zəng vurub, qələbə münasibətilə onu təbrik etdim. İndiyə qədər əmin idim ki, Böyük Britaniyaya Leyborist hökuməti lazımdır. Ancaq Britaniya xalqı fərqli düşünür”.

Samir


Müəllif: