Almaniyada dəmiryolçuların kütləvi tətili davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Deutsche Bahn” dəmiryolu konserninin rəhbərliyi ilə Həmkarlar İttifaqı arasında əmək müqaviləsinə dair aparılan danışıqlar nəticəsiz bitib. Həmkarlar İttifaqı əvvəlcədən planlaşdırıldığı kimi mayın 10-na qədər tətilin davam etdirilməsinə qərar verib.
Tətil səbəbindən dəmiryol idarəsi uzaq məsafəyə nəzərdə tutulan sərnişin daşımalarının 30 faizini həyata keçirə bilib.
Aksiya ilə əlaqədar dəmiryolu vağzallarında uzun növbə və gecikmələr yaranıb. Tətil milyonlarla sərnişinin hərəkətinə təsir edib.
Qeyd edək ki, bu, il ərzində Almaniyada dəmiryolçuların əmək haqlarının qaldırılması tələbi ilə keçirdiyi 8-ci kütləvi etiraz aksiyasıdır. Tətil “Deutsche Bahn” konserninə 100 milyonlarla avro ziyan vurub.
Samir