BMT-nin baş katibi Pan Gi Mun Rusiya prezidenti Vladimir Putin ilə Moskvada görüşəcək.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu gün baş tutacaq görüş zamanı liderlər Suriya və Yəmən Ukraynanın problemlərini müzakirə edəcək. Bununla bağlı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cujarrik açıqlama verib.
Bundan əlavə Putinin bu gün Misir, Vyetnam, Hindistan, CAR və Çexiya rəhbərləri ilə görüşlər keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Pan Gi Mun qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qatılmaq üçün Moskvada rəsmi səfərdədir.
Samir