22 May 2014 11:20

Çinin Sincan Uyğur Muxtar vilayətinin paytaxtı Urumçidə marketdə bomba partladılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 31 nəfər həlak olub, 90 nəfərdən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.

Teleqraf.com-un yaydığı məlumata görə, partlayış sıxlıq olan küçədə törədilib.

Sincan vilayətinin əhalisi 9 milyona çatır. Onların əksəriyyəti müsəlman olan Uyğurlardır. Müsəlmanlar uzun müddətdir Çin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalır.

Son illər ərzində Çinin digər vilayətlərindən də insanlar məhz Sincan vilayətinə köçür.

Ülviyyə


Müəllif:
Загрузка...