10 May 2015 00:50
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya prezidenti Miloş Zeman qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların tezliklə aradan qaldırılacağına əmin olduğunu bildirib.

“Sanksiyalar qısamüddətli məsələdir”, deyə Zeman Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib. Miloş Zeman siyasəti havaya bənzədib: “Siyasət hava kimidir: gah soyuqluq, gah da istiləşmə olur. Mən soyuqluqdan sonra istiləşmə olacağına əminəm, normal münasibətlər, mədəni, siyasi, iqtisadi əlaqələr bərpa olunacaq”.


Çexiya lideri Rusiyaya qarşı sanksiyaların əleyhinə açıq şəkildə çıxış etdiyini xatırladıb.


“Biz bunu bilirik”, deyə Putin cavabında bildirib.


Qeyd edək ki, Zeman Putin ilə görüşdə protokol qaydalarına zidd olaraq tərcüməçi xidmətlərindən imtina edib və rusiyalı həmkarı ilə rus dilində söhbət edib.


Müəllif:

Oxşar xəbərlər