ABŞ prezidenti Fransa və Almaniyaya 46 milyon dollar yardım ayrılması barədə qərar qəbul edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Fransa və Almaniya bu vəsaiti Afrika ölkələrində - Çad, Mali və Nigeriyada "Boko Haram"la mübarizəyə xərcləyəcək. Barak Obamanın sərəncamında qeyd olunur ki, Fransa və Almaniyaya bu yardım Pentaqonun hərbi xərclərini ixtisar etmək hesabına veriləcək.
Qeyd edək ki, Fransa və Almaniya 2013-cü ilin sentyabrından etibarən "Boko Haram"a qarşı hərbi əməliyyatlar həyata keçirir.