Yəməndə üsyançı husilər Səüdiyyə Ərəbistanı tərəfindən təklif edilmiş barışıq planını qəbul etməyə hazır olduqlarını bildiriblər. Amma qarşı tərəf bundan imtina edib. Bununla da Yəməndə barışıq ümidlərini birmiş hesab etmək olar.
Qeyd edək ki,Səüdiyyə Ərəbistanı husilərə hava zərbələri endirən koalisiyaya baçılıq edir. Cümə günü səüdiyyəlilər üsyançılara beş günlük barışəq təklif ediblər.
Bazar günü hüsilərin televiziya kanalı xəbər verib ki, üsyançılar həmin təklifə dinc əhalinin istirabına son qoymaq üçün "müsbət cavab verməyə hazırdırlar".
Bazar günü səhər Səüdiyyə Ərəbistanı başda olmaqla hərbi koalisiya Yəməndə husilərin mövgeyinə havadan yeni zərbələr endirib.
O cümlədən, keçmiş prezident Əli Abdulla Salehin rezidensiyası da zərbə hədəfləri arasında olub.
Saleh və onun ailəsi zərər çəkməyiblər.
Keçmiş prezident husiləri dəstəkıəyir, koalisiya onu ölkədə sabitliyi pozmaqda ittiham edir.
Yəmənin şimalından olan şiə üsyançıları hərbi toqquşmalar başlayandan 1 il ərzində azqala bütün ölkə ərazisinə nəzarəti ələ keçiriblər.
Səüdiyyə Ərəbistanı başda olmaq hərbi kolalisiya Yəməndə ölkədən qaçmış prezident Əbd-Rəbbu Mənsur Hadinin hakimiyyətini bərpa etmək məqsədini qarşısına qoyub. O, fevral ayından ölkədən qaçıb və Sədiyyə Ərəbistanında sığınacaq tapıb.