İspaniyanın İspaniyanin Seville şəhərində sınaq uçuşları həyata keçirən Airbus A400M tipli hərbi təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 2-si isə yaralanıb.
İspaniya baş naziri Mariano Rajoy Türkiyə tərəfindən satın alınan və son sınaq uçuşlarını reallaşdıran təyyarənin qəzaya uğrama səbəbinin hələ ki bilinmədiyini açıqlayıb.
Qeyd edək ki, İspaniya, Fransa və Almaniya müdafiə nazirləri hadisəni müzakirə etmək üzrə bu gün bir araya gələcəklər.
Samir